Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib - VİDEO

Tarix: 13-06-2021 11:12     Baxış: 4150 A- / A+
ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib - VİDEO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.

“RİA Novosti” xəbər verir ki, o bunu G7 liderlərinin sammitində deyib.

Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.

“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün bu bizə lazımdır”, - deyə “Daily Mail” Qebreyesusdan sitat gətirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu bildirib.

“Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi... Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, - deyə ÜST rəhbəri qeyd edib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar