Xəbər lenti
Ankaranı sel basdı

İyunun 11-də günorta saatlarından başlanan güclü yağış Türkiyənin paytaxtı Ankarada sel və daşqınlara səbəb olub. Paytaxtın Sincan rayonunun Ayaş yolunda onlarla avtomobil su altında qalıb. İctimai nəqliyyatda, dayanacaqlarda ciddi problemlər yaşanıb.
Manevr.az xəbər verir ki, güclü yağış səbəbindən şəhərin əsasən çökək ərazilərindəki yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi fəsadları aradan qaldırmaq üçün ərazilərə böyük nasoslar və aqreqatlar cəlb edib.
Metroloqlar güclü yağış, tufan və küləkli hava şəraitinin Anadolunun əksər bölgələrində davam edəcəyinə dair məlumat yayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar