Xəbər lenti
Köçəryan Paşinyanın oğlunu məhbuslarla dəyişdirmə təklifini ucuz hiylə adlandırdı
Ermənistanın keçmiş lideri Robert Köçəryan hesab edir ki, ölkə rəhbərliyi Azərbaycanda qanunsuz olaraq saxlanılan məhbus probleminin həlli üçün heç bir addım atmır.
Manevr.az "sputnik armeniya"ya istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti, "Hayastan" ("Ermənistan") blokundan baş nazirliyə namizəd Robert Köçəryan, Baş nazir Nikol Paşinyanın oğlunu Bakıdakı bütün məhbuslarla dəyişdirmə təklifini ucuz bir hiylə adlandırıb.
"Məhkumlarla bağlı məsələ ən ciddi məsələlərdən biridir. Gümrüdə məhbusların valideynləri ilə görüşdüm. İndiyə qədər ictimaiyyət erməni tərəfdən nə qədər məhbusun, nə qədər itkinin olduğunu bilmir və bu ayıbdır". Köçəryan bunları Talina (Aragatsotn bölgəsi) sakinləri ilə görüşündə deyib.
Eks-prezidentin sözlərinə görə, itkin düşənlərin valideynlərinin vəziyyəti çox ağırdır, məlumatları yoxdur. Onlarla bir şey müzakirə etmək belə çətindir.
Köçəryan hesab edir ki, dövlətin vəziyyəti dəyişdirmək üçün heç bir addım atmamasə dəhşətli bir şeydir. Ermənistanın keçmiş prezidenti əmindir ki, beynəlxalq qurumlar bu problemi həll etmək üçün Azərbaycana təzyiqi artırmalıdırlar. O Xarici İşlər Nazirliyi və parlamentin spikerinin bütün bu müddətdə nə işlə məşğul olduğunu sual edir.
Köçəryan bildirib ki, məhbuslar bizdən əlavə güzəştlər almaq üçün saxlanılır. Məhbusları saxlamağın mənasız olduğunu başa düşmələri üçün hər şeyi etməliyik.
Onun fikrincə, hazırda Ermənistan hakimiyyəti məhbusları geri qaytarmaq üçün heç bir iş görmür və məsuliyyəti Rusiya sülhməramlı dəstəsinin komandiri Rüstəm Muradovun çiyinlərinə qoyur. Köçəryan 21-ci əsrdə heç kimin belə davranmadığını vurğulayıb.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti Serj Sarkisyan baş nazirə Azərbaycanda tutulan 20-25 əsgər əvəzinə öz oğlunu əsir verməyi təklif edib. Bu təklifə cavab olaraq Nikol Paşinyan bütün məhbusların əvəzinə oğlunu təhvil verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edildi. Seçki kampaniyası rəsmi olaraq 7 iyun tarixində başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar