Xəbər lenti
Bu şəhərdə tualetdən istifadə etmək qadağandır - ŞƏKİL
Əsasən dindarların yaşadığı Tibetin Sertar şəhərində eşidənləri təəccübləndirən qaydalar mövcuddur.
Manevr.az xəbər verir ki, Çinin şərqində yerləşən və əhalisinin 90%-dən çoxunun dindar olduğu bu şəhərdə sakinlərin tualetdən və texnoloji cihazlardan istifadə etmələri qadağandır.
Buraya səfər edənlər tərəfindən qeyri-adi şəhər olaraq xarakterizə edilən Sertar Çinin ortasında yerləşən Siçuan bölgəsindədir. Tibet Muxtar Vilayətində yerləşən bu tarixi şəhər öz ənənələri və qaydalarına sadiq olan məkan kimi tanınır.
Təpənin yamacında yerləşən təknəfərlik evlərdən ibarət olan şəhər görünüşü ilə qonaqları valeh edir. Son məlumatlara görə şəhərdə təxminən 60 min nəfər əhali yaşayır.
Sertarda yerləşən monastır buddizm dini baxımından çox əhəmiyyətli bir mövqeyə sahibdir. Şəhər buddistlər üçün xüsusi əhəmiyyət daşıyır.
40 min rahib və rahibənin təhsil aldığı monastır Sertarı tələbə şəhərinə çevirib. Lakin bu vəziyyət təsəvvür olunan qədər şəhərə canlılıq və rəngarənglik qatmır. Burada tələbə şəhəri dedikdə düşünülənlərin əksinə, ciddi qaydalar tətbiq olunur.
Buddizm təhsili alan rahib və rahibələr üçün çox sayda qadağalar var. Belə ki, təhsil almaq üçün buraya gələn gənclərin televiziya və buna bənzər texnoloji cihazlardan istifadəsi qəti qadağandır.
Qadağalar texnoloji cihazlarla məhdudlaşmır. Şəhərdə tələbələrin tualetdən istifadə etməsi də qadağan edilib. Onlar vaxtlarını bütünlüklə ibadət və dua etməklə keçirirlər, digər fəaliyyətlərdə iştiraka isə icazə verilmir./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar