Xəbər lenti
Kanadada sürücü qəsdən müsəlman ailəsini vurdu: 1 NƏFƏR SAĞ QALDI

Kanadanın Ontario əyalətinin London şəhərində bir avtomobil sürücüsü bilərəkdən yolu keçən müsəlman ailəsini vurub.
RİA Novosti xəbər verir ki, hadisə nəticəsində 5 nəfərlik ailənin 4 üzvü ölüb.
Yerli polisin məlumatına görə, ailə üzvlərindən biri yerindəcə ölüb, digər üç nəfər isə xəstəxanada dünyasını dəyişib.
Yalnız 9 yaşlı uşaq sağ qalıb.
Bələdiyyə rəhbərinin əmri ilə şəhərdə üç günlük matəm elan edilib, bayraqlar endirilib.
Bələdiyyə sədri “Twitter” hesabında Müsəlman icmasının nümayəndələri ilə görüşdüyünü və onlara başsağlığı verdiyini yazıb. Qeyd edib ki, müsəlmanlar bundan sonra şəhərdə özlərini təhlükəsiz hiss edə biləcəklərinə əmin olsunlar.
Qeyd edək ki, hadisəni törədən 20 yaşlı şəxs saxlanılıb. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar