Xəbər lenti
Çavuşoğlu ilə qucaqlaşan yunan nazir: Göstərmək istədi ki...
Yunanıstan Xarici İşlər naziri Nikos Dendias türk həmkarı Mövlud Çavuşoğlu ilə qucaqlaşmasından danışıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, o, iki ölkə arasındakı gərginliyin Çavuşoğlu ilə səmimi dostluq münasibətlərinə mənfi təsir göstərmədiyini bildirib.
Aprel ayında Ankarada keçirilən gərgin görüşə toxunan Dendias deyib: “Çavuşoğlunun gərginliyin şəxsi səmimiyyətinə təsir etmədiyini göstərmək üçün mənimlə qucaqlaşdığını düşünürəm”.
Dendiasın fikrincə, iki ölkə arasındakı durum aprelin 15-də baş tutan Ankara səfərindən fərqli deyil və bu, heç kimi yanıltmamalıdır:
“20 ildir dost olduğumuzu heç vaxt gizlətməmişəm. Yaxşı bir münasibətinin olduğu şəxslə danışmaq həmişə asandır. Amma Afinadakı durumun Ankaradakından fərqli olduğunu düşünənlər yanıla bilərlər.
Türkiyə-Yunanıstan anlaşılmazlıqlarının sehirli çubuqla düzəldiyini düşünərək özümüzü aldatmayaq. Problemlər yerində qalır. Ankarada müzakirə etdiyimiz fikir ayrılıqları haqda Afinada da danışdıq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar