Xəbər lenti
Çindən yeni dünya rekordu - “SÜNİ GÜNƏŞ”
Çin Elmlər Akademiyasının (ASIPP) Hefeidəki Plazma Fizikası İnstitutunda yerləşən Tokamak cihazı Günəş və ulduzlar üçün təbii olaraq nüvə birləşmə prosesini çoxaltmaq üçün hazırlanıb. Təcrübə nüvə sintezi ilə sonsuz enerji təmin etmək üçün aparılır.
Manevr.az “technote”a istinadən xəbər verir ki, “Süni Günəş” son təcrübəsində 101 saniyə ərzində 120 milyon dərəcə selsi istiliyə çataraq yeni rekorda imza atıb.
“Süni Günəş”in bundan öncəki rekordu isə 100 saniyə ərzində plazma istiliyi 100 milyon dərəcə selsiyə çatmışdı.
Şenjendəki Cənubi Elm və Texnologiya Universitetinin fizika şöbəsinin müdiri Li Miao, Çinli alimlərin son təcrübəsinin istiliyin uzun müddət sabit səviyyədə saxlanılması istiqamətində mühüm bir mərhələ olduğunu söyləyib.
Li “Global Times”a verdiyi açıqlamasında deyib ki, bu sahədəki inkişaf əhəmiyyətli bir irəliləyişdir, son məqsəd istiliyi uzun müddət sabit səviyyədə tutmaqdır.
Alimlər hesab edir ki, Çinin yaratdığı “Süni Günəş” 2035-ci ildə işə başladığı zaman dünyanın ən böyük nüvə sintezi reaktoru olacaqdır. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ birlikdə bu layihə üzərində işləyirlər. Nüvə birləşməsindən istifadə etmək üçün 100 milyon dərəcə selsidən yüksək bir plazma istiliyinə nail olmaq əsas problemlərdən biridir. 2020-ci ildə Koreyanın KSTAR reaktoru 20 saniyə ərzində 100 milyon dərəcə selsidən çox plazma saxlayaraq bir rekorda imza atmışdı. Günəşin nüvəsindəki temperaturun 15 milyon dərəcə selsi olduğuna inanılır. Bu isə “Süni Günəş”in isindiyi temperaturdan təxminən yeddi dəfə kiçikdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar