Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

İsaak Nyutonun misilsiz əlyazmaları hərracda satışa çıxarılır

Tarix: 02-06-2021 09:10     Baxış: 3139 A- / A+
İsaak Nyutonun misilsiz əlyazmaları hərracda satışa çıxarılır

Dünya şöhrətli alim İsaak Nyutonun (1642-1727) nadir əlyazmaları iyulun 8-də 600-900 min funt-sterlinqə (849 min - 1,1 milyon dollar) hərraca çıxarılacaq.


Manevr.az xəbər verir ki, bu barədə “Christie's” həracının ofisindən bildirilib.

Kolleksiyaçılara alimin "Təbii Fəlsəfənin Riyazi Prinsipləri" adlı əsərinin özünəməxsus iş versiyası təqdim ediləcəkdir. Latın dilində yazılmış elmi sənəd fizikin özü tərəfindən imzalanıb.

Hərracın Kitablar və əlyazmalar şöbəsinin müdiri Tomas Venninq bildirib ki, Nyutonun imzası ilə yazılmış elmi əlyazmalara çox nadir hallarda rast gəlinir və “Təbii Fəlsəfənin Riyazi Əsasları” imzalı versiyası iyirmi ildən çoxdur ki, açıq hərraca çıxarılmır: “Bu əsəri təqdim etmək xüsusi bir imtiyazdır. Əlyazmaya maraq, eyni zamanda, Şotlandiya riyaziyyatçısı və astronomu Devid Qregorinin (1659-1708) şərhləri ilə tamamlandığına görədir. Qregori 1694-cü ildə Kembricə səfəri zamanı Nyutonla birlikdə çalışıblar. Əlyazma 1860-cı illərə qədər Qregorinin arxivində saxlanılıb”.

Qeyd edək ki, "Təbii Fəlsəfənin Riyazi Prinsipləri" cazibə və hərəkətin ümumdünya cazibə qanunlarını izah edir. Bu əsərdə Nyuton ümumdünya cazibə qanununun isbatını bacardı. Nəticədə, alimin 1687-ci ildə çap olunmuş əsəri bütün dünyada nəzəri fizika, mexanika və astronomiyanın əsasını təşkil etdi./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar