Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırır

Tarix: 01-06-2021 08:46     Baxış: 4206 A- / A+
"Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırır


Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” və “Honda” şirkətləri koronavrusa görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Malayziyada istehsalı və satışı dayandırmaq barədə qərar qəbul ediblər.


“Nikkei” qəzeti xəbər verir ki, Malayziya hökumətinin tələbinə uyğun olaraq, həmin şirkətlərin zavodlarında işçilərin cəmi 10 faizi qalıb ki, bu da istehsalı davam etdirməyə imkan vermir. Bildirilir ki, “Toyota” şirkətinin Malayziyanın Selanqor ştatında iki zavodu var. “Honda” şirkətinin də bu ölkədə motosiklet və avtomobil istehsal edən iki müəssisəsi mövcuddur.

Qeyd edək ki, iyunun 1-dən Malayziyada koronovirus pandemiyası fonunda ən ağır sosial-iqtisadi məhdudiyyətlər tətbiq edilib. Baş nazir Muhiddin Yassin tərəfindən elan edilən ciddi tədbirlər ölkənin bütün ərazisində iyunun 14-dək davam edəcək. Vəziyyət yaxşılaşacağı təqdirdə bu məhdudiyyətlərin mərhələlərlə aradan qaldırılması nəzərdə tutulur.

Bildirək ki, Malayziyada mayda yoluxmaların sayı kəskin artıb. Ötən həftə növbəti antirekord qeydə alınıb – sutka ərzində 9 mindən çox yoluxma. Mütəxəssislər bunu ölkə ərazisinə virusun sürətlə yayılması ilə seçilən Hindistan ştammının daxil olması ilə əlaqələndirirlər./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar