Sizin Reklam Burada
Xəbər lenti
28-01-2025
27-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı milyarder Ara Abramyan Paşinyanı yıxmaq üçün hərəkətə keçdi

Tarix: 23-05-2021 21:18     Baxış: 3174 A- / A+
Rusiyalı milyarder Ara Abramyan Paşinyanı yıxmaq üçün hərəkətə keçdi

Rusiya erməniləri İttifaqının sədri, milyarder Ara Abramyan Yerevandadır və gələn ay keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok qurur.

Manevr.az xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, o artıq “Evimiz-Ermənistan” partiyasını təsis edib və deputat Tiqran Urixanyanın başçılıq etdiyi “Alyans” partiyası ilə blok halında seçkilərdə iştirak edəcək.

Ara Abramyan keçirdiyi mətbuat konfransında “bütün sağlam qüvvələri” birləşməyə və seçkilərdə birgə iştirak etməyə çağırıb. Deyib ki, Ermənistanda sistem böhranı hökm sürür və bu vəziyyəti sözlə ifadə etməkdə acizdir.

“Mən artıq 10 gündür Ermənistandayam. Burada gördüklərim bütün təsəvvürlərimi aşıb keçir. Böhran mənim təsəvvür etdiyimdən daha dərindir. Və ölkəni bu vəziyyətə istisnasız olaraq indiyədək mövcud olmuş bütün hakimiyyətlər,-Ter-Petrosyandan başlamaqla,-gətirib çıxarıblar”,-o deyib.

Ara Abramyan bildirib ki, Ermənistanda hər hansı vəzifə tutmaq istəmir və məqsədi sadəcə olaraq “ölkəyə kömək etməkdir”. Hazırda “Alyans” partiyası ilə seçkilərə birgə qatılmaq barədə razılaşma əldə edilib, amma digər partiyalarla da danışıqlar gedir.

Ara Abramyan Rusiyanın hakim siyasi dairələri ilə yaxındır və onun Ermənistan siyasətində iştirakı Paşinyana qarşı artan “şimal təzyiqlərinin” bir hissəsi hesab edilə bilər./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar