Xəbər lenti
Gürcü generalın meyitinin qalıqları Fransadan Tiflisə gətirildi
Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, general Giorgi Kvinitadzenin meyitinin qalıqları Tiflisə gətirilib.
Manevr.az xəbər verir ki, Tiflis beynəlxalq hava limanında generalın xatirəsinə həsr olunmuş rəsmi mərasim keçirilib. Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Müdafiə naziri Cuanşer Burçuladze, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan hökumətinin qərarı ilə G.Kvinitadzenin cənazəsi mayın 26-da – ölkənin Müstəqillik günündə Mtatsminda panteonunda dəfn olunacaq.
G.Kvinitadze 1874-cü ilin avqustun 21-də Dağıstanda anadan olub. 1884-cü ildə o, Tiflis Kadet Korpusuna daxil olub, daha sonra təhsilini Sankt Peterburqda davam etdirib. G.Kvinitadze Rusiya imperator ordusunda uğurlu hərbi karyera qurub.
1921-ci ilin fevral-martında hücum edən Qırmızı ordu hissələrinə qarşı müqavimət təşkil edib. 1921-ci ildə demokratik respublikanın süqutundan sonra general Türkiyənin İstanbul şəhərinə, oradan isə 1922-ci ildə Fransaya mühacirət edib.
O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat edib və yerli qəbirstanlıqda dəfn olunub. 2013-cü ildə G.Kvinitadze ölümündən sonra Gürcüstanın Milli Qəhrəmanı ordeni ilə təltif edilib. 2006-cı ildə Tiflisdəki küçələrdən birinə onun adı verilib. Generalın xatirəsinə “Giorgi Kvinitadze” adlı gümüş hərbi medal təsis olunub./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar