Xəbər lenti
Çində ard-arda 4 GÜCLÜ ZƏLZƏLƏ: Ölənlər və yaralananlar var

Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə yeraltı təkan qeydə alınıb.
Bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 21:21-də (Bakı vaxtı ilə 17:21) baş verib. Onun ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Ərazidə saat 21:48-də 6,4 bal, 21:55-də isə 5 bal gücündə növbəti təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə yer səthindən 8 kilometr dərinlikdə olub.
Digər bir təkan Çinin paytaxtı Pekin şəhərindən şimal-qərbdə yerləşən Çinqhay vilayətində qedə alınıb.
Məlumata görə, Qoloq-Tibet muxtar rayonunda 7,4 bal gücündə zəlzələ yerli vaxtla saat 02:04-də (Bakı vaxtı ilə 22:05) qeydə alınıb. Onun ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.
Son məlumata görə, zəlzələ nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar