Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Avropa Parlamentinin hesabatını rədd etdi

Tarix: 20-05-2021 08:11     Baxış: 3212 A- / A+
Türkiyə Avropa Parlamentinin hesabatını rədd etdi

Rəsmi Ankara Avropa Parlamentinin Türkiyə üzrə hesabatını rədd edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrin Aİ-yə üzvlük perspektivi əsasında müsbət bir gündəm çərçivəsində yenidən canlandırılması istiqamətində fəaliyyət aparıldığı bir dönəmdə təktərəfli və obyektivlikdən uzaq tövsiyə qərarının qəbuı edilməsi mümkün deyil.

“İnsan hüquqları, hüququn üstünlüyü, idarəetmə quruluşumuz və siyasi partiyalarla əlaqədar həqiqətdən uzaq iddialar ehtiva edən, ölkəmizin təsirli, həllyönümlü, humanitar və təşəbbüskar xarici siyasətini təhdid olaraq görən, Egey, Şərqi Aralıq dənizi və Kipr məsələlərində tamamilə haqsız, tərəfkeş yunan və Rum tezislərini əks etdirən, 1915-ci il hadisələri ilə əlaqədar təktərəfli, əsassız erməni iddialarına söykənən qərəzli mətni rədd edirik”, - bəyanatda deyilir.

Bildirilib ki, sənəddə Türkiyənin Aİ-yə üzvlüyü məsələsinin gələcəyi ilə bağlı ifadələr öz prinsiplərinə qarşı çıxmaqdır:

“Aİ üzvlüyü Türkiyə üçün strateji bir hədəfdir və bütün Avropa və başqaları üçün bir qazanc olacaq. Ölkəmiz bu hədəfə doğru çalışmalarını qərarlılıqla davam etdirəcək”. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar