Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırıb

Tarix: 19-05-2021 14:37     Baxış: 3191 A- / A+
ABŞ vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırıb


ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib.

Manevr.az bildirir ki, bu barədə xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək səviyyəyə - 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib. ABŞ Dövlət Departamenti tərəfindən verilən xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki gərginlik, terror təhlükəsi göstərilib.

Qeyd olunur ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir.

Xəbərdarlıqda ABŞ vətəndaşlarına bu səbəbdən Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur. Son əməliyyatlara görə Qarabağ regionuna və ətraf ərazilərə də səyahət etməməyə çağırış edilir.

Bildirilir ki, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Qarabağ və ətraf ərazilərdə ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir.

"Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər", - deyə xəbərdarlıq bildirilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistana səyahətlə bağlı da oxşar xəbərdarlıq edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar