Xəbər lenti
Ərdoğan: "Hörmətli Bayden, qanlı əllərinizlə bir tarix yazırsınız"
"Ramazan ayı boyunca tətbiq etdiyimiz qismən və tam qapanma tədbirləri sayəsində pandemiyanı yenidən böyük ölçüdə nəzarət altına aldıq”.
"Anadolu” agentliyinin məlumatına əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra media qarşısındakı çıxışı zamanı bəyan edib.
Dövlət başçısı qeyd edib ki, iclasda mərhələli normallaşma təqviminin ikinci mərhələsi müzakirə olunub.
"Mərhələli normallaşma təqviminin ikinci mərhələsini müzakirə etdik. Qarşıdakı günlərdə vəziyyətə uyğun olaraq, bu sahədə tətbiq olunacaq əsas qərarları paylaşacağıq. Bundan sonra əvvəlki qədər miqyaslı məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacağına ümid edirik”, - deyə prezident bildirib.
R.T.Ərdoğan qeyd edib ki, ölkədə vaksinasiya prosesi də sürətləndirilir.
"Vaksinasiya prosesini sürətləndiririk. Müəllimlər başda olmaqla, bütün risk qruplarının vaksinasiyasını tez bir zamanda başa çatdırmağa çalışırıq”, - deyə dövlət başçısı əlavə edib.
Türkiyə prezidenti ölkə ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına da toxunub. O, bu əməliyyatlar çərçivəsində PKK-nın Suriya üzrə rəhbəri Sofi Nurəddin adlı terrorçunun məhv edildiyini bildirib.
Dövlət başçısı İsrail-Fələstin qarşıdurmasından da danışıb. O, ABŞ prezidenti Baydenin İsrailə silah satışını nəzərdə tutan qərarı imzalamasını pisləyib.
"Hörmətli Bayden, qondarma soyqırımı məsələsində də ermənilərin tərəfində oldunuz. İndi də qanlı əllərinizlə bir tarix yazırsınız”, - deyə Ərdoğan qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar