Xəbər lenti
Tramp Stalinin yolunu gedir: “Hamısı xalq düşmənidir...”
ABŞ prezidenti Ağ Evdə iki gün əvvəl keçirdiyi və jurnalistlərlə qarşılıqlı mübahisə şəraitində keçən mətbuat konfransından sonra özünün Tvitter səhifəsindən bir neçə aparıcı qəzeti və telekanalları “xalq düşmənləri” adlandırıb.
Manevr.az xəbər verir ki, Tramp NBC, ABC, CBS, CNN telekanallarının, habelə “The New York Times” qəzetinin “amerika xalqının düşmənləri olduğunu” yazıb. “Bu feyk xəbər KİV-ləri mənim yox, amerika xalqının düşmənləridir!”-ABŞ prezidenti öz tvitində bildirib.
Xatırladaq ki, Amerikanın aparıcı KİV-ləri Trampı prezidentliyinin ilk günlərində verdiyi qalmaqallı fərmanlarına görə, daha sonra isə onun milli təhlükəsizlik müşaviri Ceyms Flinnin Rusiya səfiri ilə şübhəli təmaslarına və istefaya məcbur olmasına görə tənqid atəşinə tutur. Tramp şikayətlənib ki, mətbuat ona Rusiya ilə münaibətləri normallaşdırmağa imkan vermir.
Bu arada Trampın “xalq düşmənləri” siyahısından olan ABC News telekanalı bildirir ki, Məxfi Xidmət əməkdaşları prezidentin limuzininə daş atılması insidentini araşdırır. Məlumata görə insident Floridada baş verib, Trampın kortejindəki avtomobillərdən birinə hansısa bərk predmet dəyib. Məxfi Xidmət ehtimal edir ki, kimsə kortejə daş atıb. Dəyən zərbədən zirehli limuzin zərər görməyib. Tramp prezident səlahiyyətlərinin icrasına cəmi bir aydır başlasa da reytinqi durmadan aşağı düşür və o, ölkənin hər yerində küçə etirazları ilə qarşılaşır.(Virtualaz.org)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar