Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dünya 9 yaşlı bu azərbaycanlı qızdan danışır

Tarix: 12-05-2021 10:22     Baxış: 3166 A- / A+
Dünya 9 yaşlı bu azərbaycanlı qızdan danışır

Qərb və ərəb mətbuatı “Assoşeyited Press” (AP) agentliyinin DJ-lərin (“Disk Jokey”) dünya çempionatında 85 iştirakçı arasında 14-cü yeri tutan 9 yaşlı azərbaycanlı qız Mişel Rəsulun məharətindən bəhs edən məqaləsini yayıb.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, musiqi və disko səslərini idarə etməyi atası Vaqif Rəsulovdan öyrəndiyini söyləyən balaca Mişel hələ 5 yaşında, oxumağı və yazmağı yeni öyrəndiyində, bu sənətə meyil göstərib. Onun DJ-lik etdiyi musiqi parçaları arasında Azərbaycan təranələri də var.

COVID-19 səbəbindən bu il videoformatda keçirilən dünya çempionatında münsiflər heyətini heyran edən balaca qız AP agentliyinə müsahibəsində deyib ki, onun arzusu dünyanın ən məşhur “Disk Jokeyi” olmaqdır.

“Çempionatın ən gənc iştirakçısının dünyaşöhrətli rəqiblərini geridə qoyması göstərdi ki, Mişelin arzusu yerinə yetəcək”, - deyə agentliyin məqaləsində yazılıb.

Mişelin anası, keçmiş skripkaçı Səidə Rəsulova da qızının musiqi səslərini belə cəld idarə etməsinə təəccüb etdiyini deyib.

O deyib ki, balaca qızın sosial şəbəkədəki səhifəsi artıq 110 mindən çox izləyici toplayıb, dünyanın hər yerindən olan DJ-lər ona ismarışlar göndərirlər. Bundan başqa, Mişel pandemiyadan əvvəl keçirilən toy şənliklərinə də dəvət edilirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar