Xəbər lenti
İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatır

İyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı mayın 11-də başlayacaq və dörd gün davam edəcək.
Manevr.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanındakı seçki qərargahı açıqlama verib. Bildirilib ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, Azadi və Qum universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri namizəd kimi seçkilərdə iştirak edə bilərlər. Prezident seçkiləri haqqında qanuna edilən dəyişikliyə əsasən namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı 75-dən yuxarı olmamalıdır.
Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.
Qeyd edək ki, iyunun 18-də prezident seçkiləri ilə yanaşı, şəhər və kənd bələdiyyə şuralarına da seçkilər keçiriləcək./qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































