Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin gözlənilməz varisi

Tarix: 09-05-2021 21:23     Baxış: 4220 A- / A+
Putinin gözlənilməz varisi

Prezident Vladimir Putinin vaxtından əvvəl hakimiyyətdən gedəcəyi ilə bağlı iddialar və varis mövzusu Rusiyanın tənqidçi mediasının daima diqqətindədir.

Vladimir Putinin hakimiyyətdən gedəndən sonra onu əvəz edəcək şəxs haqda iddialar Qərb mediasında zaman-zaman gündəmə gələn mövzulardandır.

Prezident seçkilərinə hələ 3 il qalsa da, ötən ilin əvvəllərindən başlayaraq, qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvülərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisinin ömürlük üzvü olmaq hüquq verilməsi Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı iddiaları aktuallaşdırıb.

Putini əvəz edə biləcək namizədlər arasında kimlər yoxdur ki? Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşev, Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkin və s. Bəzi ekspertlər mümkün varislər sırasında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin daha çox şanslı olduğunu deyirlər. Putinin hər iki şəxsi “ehtiyatda saxladığı” bildirilir.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də mümkün varis siyahısında olan şəxslərdir.
Putinin xələfləri sırasında Tula vilayətinin hazırki qubernatoru Aleksey Dyuminin də adı var. Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Dyumin daha sonra bir sıra vəzifələrdə çalışıb. Qərb analitikləri onun namizdəliyinin həm Rusiya vətəndaşlarının, həm də ölkə elitasının maraqlarına cavab verəcəyini qeyd edir.
Putinin gözlənilməz varisi

Bir müddət əvvəl tanınmış rusiyalı iqtisadçı Dmitri Potapenko da mümkün varis planı haqda maraqlı versiya irəli sürmüşdü. O, Rusiyanın gələcək prezidenti haqda danışarkən həmin şəxsin 45 yaşlı polkovnik olduğunu və orta vəzifədə işlədiyini demişdi. Vladimir Jirinovski bu yaxınlarda bildirib ki, əgər hazırkı prezident Vladimir Putin beşinci dəfə seçilməsə, Kreml prezident seçkisinə 2024-cü ildə məlum olmayan namizəd irəli sürəcək.

Siyasətçi qeyd edib ki, onun əvvəllər Putinin mümkün varisləri adlandırdığı insanlar, sadəcə, ölkənin ali siyasi rəhbərliyinə daxildirlər və onlardan yalnız birinin namizədliyi nəzərdən keçirilə bilər.

Sobesednik.ru nəşri isə varis siyahısına yeni adların əlavə olunduğunu qeyd edib. Bildirilir ki, Qərblə qarşıdurma halında olun Rusiyada sabiq maliyyə naziri, hazırda Hesablama Palatasının sədri olan Aleksey Kudrinin də namizədliyi gözdən keçirilir. Putinin maliyyə siyasətini tənqid etdiyi üçün vəzifəsindən çıxarılan Kudrinə Putin sonradan yeni vəzifə verdi. Kudrin Kreml kuluarlarında ən təmiz reputasiyalı şəxslərdən biri hesab olunur. Daha bir yeni varis isə Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev ola bilər. “Sputnik-V” vaksinin piarını və satışından görəvli olan Dmitriyevin nüfuzu hər keçən gün yüksəlir.

Bildirilir ki, siyahıya yenilərinin əlavə olunmasına baxmayaraq, Putin sonadək varisinin adının gizli saxlanılmasına üstünlük verəcək. Bununla da Putin varis göstərilən bütün mümkün namizədləri ətrafında saxlaya bilir./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar