Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır

Tarix: 07-05-2021 22:37     Baxış: 4192 A- / A+
Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır

Ermənistanın İstintaq Komitəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibə zamanı hansı əsaslarla Qarabağda bunkerdə olmasını araşdırır.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistan İK-dən "Faktİnfo"nun sorğusuna cavab olaraq bildirilib.

Agentlik Anna Akopyanın müharibə zamanı hansı əsaslarla bunkerə getməsi, onun hər hansı məxfi informasiyaya sahib olub-olmaması və bu hüququn ona kim tərəfindən verilməsi ilə bağlı sorğu ünvanlayıb. Lakin İstintaq Komitəsindən bildirilib ki, bu məsələ ilə bağlı istintaq sirri olduğu üçün geniş məlumat verə bilməzlər.

"Bir sözlə, qurumdan bu məsələnin araşdırma mövzusu olduğu inkar edilmədi, sadəcə ictimaiyyətə məlumat verilməsini məqsədəuyğun hesab etmədilər", - agentliyin məlumatında deyilir.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan mətbuat konfransında Qarabağdakı müharibə zamanı Anna Akopyanı bunkerdə gördüyünü söyləyib. Erməni general onun monitor qarşısında əyləşərək döyüşlərin qeydə alınmasına baxdığını bildirib. Movses Akopyan eyni zamanda, onun suallar vermədiyini və heç nə söyləmədiyini qeyd edib. Akopyanın sözlərinə görə, Paşinyanın xanımına yaxınlaşaraq onun məntəqədə olmasına ehtiyac duyulmadığını deyib. General əlavə edib ki, bundan sonra Paşinyanın adından onun bunkerdə görünməsi qadağan edilib.

Daha sonra Nikol Paşinyan özü video-müraciətində Anna Akopyanın Qarabağdakı bunkeri onun adından ziyarət etdiyini bildirib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar