Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Postsovet məkanında Njdenin adını əbədiləşdirən heç nə olmamalıdır” - Rusiya veteranları

Tarix: 07-05-2021 22:30     Baxış: 4146 A- / A+
“Postsovet məkanında Njdenin adını əbədiləşdirən heç nə olmamalıdır” - Rusiya veteranları

“Postsovet məkanında Qaregin Njdenin heykəli, memorialı, onun adını əbədiləşdirən heç nə olmamalıdır”.

Manevr.az xəbər verir ki, bunu Moskva vilayəti Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatının sədri Vladimir Drozdov bildirib.

O, Rusiya veteranlarının faşistlərin qəhrəmanlaşdırılmasına mənfi yanaşdıqlarını söyləyib: “Biz buna olduqca mənfi yanaşırıq. Bizim veteranlar təşkilatı bu hadisədən xəbər tutan kimi qərara gəldik ki, müvafiq strukturlara müraciət edək. Çünki faşizmin, nasizmin hər cür təzahürü yolverilməzdir. Təəssüflər olsun ki, biz Ermənistanda bunu görürük. Nasizm heç bir halda, heç bir formada baş qaldıra bilməz. Əgər bu baş versə, biz yenidən ötən əsrin 30-40-cı illərindəki hadisələrin yenidən təkrarlanmasının şahidi olacağıq. Tarix bizə belə səhvləri heç vaxt bağışlamaz. Ona görə də qərara gəldik ki, Qarabağda Njdenin abidəsinin sökülməsi ilə bağlı çağırış edək. Postsovet məkanında Njdenin heykəli, memorialı, onu əbədiləşdirən heç nə olmamalıdır. Ancaq bu yolla biz, post sovet məkanında sülhü möhkəmləndirə bilərik”.

Orlov və Kurks döyüşlərinin iştirakçısı olmuş Böyük Vətən Müharibəsi veteranı polkovnik Aleksandr Umerenkov erməni Qaregin Njdenin abidəsini qoyanların faşizim nə olduğunu unutduqlarını söyləyib: “Onlar Sovetlər İttifaqı xalqının nə qədər itki verdiyini unudublar. Ona görə də hesab edirəm ki, Njdenin abidəsi sökülməlidir. Ümumiyyətlə bu mövzu gündəmdən çıxarılmalıdır ki, bir daha onun mövcudiyyətindən danışılmasın”.

Rusiya Silahlı Qüvvələrinin veteran Vasiliy Fedusenko da erməni Njdenin abidəsinin Qarabağda və o cümlədən Ermənistanda qoyulmasının qəbuledilməz olduğunu söyləyib: “Mən bu hadisəyə çox mənfi yanaşıram. Tarixi saxtalaşdırmaq, faşizmi qəhrəmanlaşdırmaq olmaz”.

Qeyd edək ki, Moskva vilayəti Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatı Rusiyanın federal hakimiyyət orqanlarına faşist Qaregin Njdenin Qarabağdakı heykəlinin sökülməsi ilə bağlı müraciət ediblər. Təşkilatın analoji müraciəti Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə də göndərilib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar