Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Həyatım cəhənnəmdir, ölmək istəyirəm" - bütün bədəni şiş olan ata -FOTO

Tarix: 17-02-2017 12:31     Baxış: 4767 A- / A+
"Həyatım cəhənnəmdir, ölmək istəyirəm" - bütün bədəni şiş olan ata


"Utandığımdan evdən eşiyə çıxa bilmirəm. Uşaqlar məndən qorxur, böyüklər ələ salırlar. Bu həyat yox, əzabdır. Ölmək istəyirəm".

Banqladeşin şimalındakı Şəcadpur şəhərində yaşayan üç övlad atası, 47 yaşlı Şadət Hüsseyn həddən ziyadə ağır mərəzə mübtəladır.

O, neyrofibromatoz xəstəsidir. Nadir genetik xəstəlik onun bədəninin şişlərlə örtülməsinə səbəb olub. Şişlər o qədər çox, o qədər böyükdür ki, Şadət Hüsseyn paltar geyinə bilmir.

O, çətinliklə görür, zorla danışır. Ağzı, dodaqları da şişlərlə örtüldüyündən o, zorla yemək yeyir.

"Belə ağrılarla yaşamaq çox çətindir. Üstəlik, bədənim daim qaşınır. Küçəyə çıxa bilmirəm. Uşaqlar məni görəndə qorxur, qaçırlar, ağlayırlar. Halbuki həmişə belə olmamışam. Cavan olanda yaraşıqlı insandım. Oğlum Abdulla mənimlə danışmaq istəmir. İşləyə bilmirəm, aiəm üçün heç nə edə bilmirəm. Gecələr ağrıdan yata da bilmirəm", - Ş.Hüsseyn deyib.

Şadətin xanımı, 39 yaşlı Tacmahal və 12 yaşlı böyük oğlu Abdulla da atalarına yardım edilməsini istəyirlər.

Tacmahal isə söyləyib: "İki qızımız ərdədir, Abdulla yanımızda. Çox kasıb olduğumuzdan Abdullanı məktəbə yollaya bilmirik. Kənd camaatının verdikləri paltarları geyinirik. Onlar yardım etməsələr, acından ölərik. Mən Şadətlə ailə quranda o, artıq xəstəliyə tutulmuşdu. Amma yaraşıqlı idi".

Şadət Hüsseynin sözlərinə görə, vücudunda ilk şiş 13 yaşında olanda yaranıb. Alnındakı şişə fikir verməyən Şadət sonradan bəlaya tutulacağını bilmirdi.

Şəhərin sosial təminat xidmətinin əməkdaşı Məhəmməd Məmun Bisvas imkanlı şəxslərə və xeyriyyə qurumlarına müraciət edərək, Şadət Hüseynin müalicəsi üçün pul toplayır.milli.az

"Həyatım cəhənnəmdir, ölmək istəyirəm" - bütün bədəni şiş olan ata

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar