Xəbər lenti
İrəvanın terrorçu mahiyyəti yenə sübut olundu: PKK-ya raket komleksi satmaq istəyir
Ermənistanın, Qarabağdakı işğalçı rejimə rəhbərlik etmiş şəxslərin terrorçu mahiyyət və xisləti yenə ifşa olundu. Türkiyə mediası yazır ki, dünyanın ən təhlükəli terror təşkilatlarından biri kimi qəbul olunmuş PKK ermənilərdən OSA raket kompleksi almaq istəyir. Bununla bağlı PKK üzvləri, Vitali Balasanyan, keçmiş “müdafiə nazirləri” Cəlal Arutunyan və Samvel Babayanla görüşüblər. Terrorçular ermənilərdən aldıqları raket komplekslərini İraqın şimalındakı Qəndilə aparmaq niyyətindədirlər.
“Türkiye” qəzeti yazır ki, Türkiyə ordusunun son zərbələri qarşısında aciz qalan PKK pilotsuz təyyarələrə, qırıcılara və vertolyotlara qarşı hava hücumundan müdafiə sistemləri axtarmağa başlayıb. Terrorçuların ilk müraciət etdiyi isə elə onlardan az geri qalmayan Ermənistan və Liviyanın qiyamçı generalı Xəlifə Haftar olub. Qəzet yazır ki, PKK-nın Ermənistanla təmas qurmasında İran kəşfiyyatı xüsusi rol oynayıb. Danışıqlarda “Haşdi Sabi” qruplaşmasının rəhbərliyindən bəzi şəxslər də yer alıb. PKK tərəfdən İrəvana danışıqlara erməni əsilli Bese Hozat və Nuriye Kesbirin rəhbərlik etdiyi heyət göndərilib. Erməni tərəfdən isə danışıqlarda Xocalı qatillərindən olan Vitali Balasanyan, “müdafiə naziri” Calal Arutyunyan, habelə general Samvel Babayan iştirak ediblər.
PKK-çılar Qəndil dağları da daxil olmaqla bir neçə yerdə yerləşdirmək üçün Rusiyanın istehsalı olan 9K33 “OSA” zenit-raket kompleksləri istəyiblər. Onlar bu kompleksləri və digər silahları Ermənistandan “Haşdi Şabi” qruplaşmasının yardımı ilə İraqa çatdırmaq niyyətindədirlər. PKK ilə Ermənistan hərbi nümayəndələri arasında bu danışıqların ardınca İraq Müdafiə Nazirliyindən 8 nəfərlik nümayəndə heyətinin də Yerevana səfər etdiyi bildirilir. Nəşrin əldə etdiyi məlumata görə, PKK-nın Ermənistanla danışıqları Türkiyə ordusunun mart ayında İraqın şimalındakı Gara dağlarında həyata keçirdiyi əməliyyatın ardınca başlayıb.
Məlumata görə, PKK-çılar Ermənistanla yanaşı Liviyada qiyamçı Xəlifə Haftarla da təmas qurublar. Bu təmaslar Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət üzrə dövlət müşaviri, “Yaxın Şərqin qara qutusu” kimi tanınan Enver Gargasın vasitəçiliyi ilə başlayıb. PKK tərəfdən danışıqlara təşkilatın Suriya qolunun rəhbərliyində yer alan Elder Halil göndərilib. Danışıqlarda PKK-çılar Haftardan Rusiya istehsalı olan “Pantsir-S1” zenit-top kompleksi istəyib. “Türkiyə” yazır ki, PKK-çılar “Pantsir”lər üçün Haftara külli miqdarda pul təklif ediblər. Bu kompleksin Qəndil dağlarına gizli yollarla daşınacağına vəd veriblər. PKK Haftarın tərəfində döyüşmək üçün 3 min döyüşçü göndərəcəyini də bildirib. Haftar Türkiyənin PKK-ya “Pantsir”lərin verilməsinə görə kəskin reaksiya verəcəyini bildiyindən belə yardımın mümkün olmadığını deyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar