Xəbər lenti
Ata oğlunu 41 min manata satıb arvadı ilə tətilə çıxdı
Çinin şərqində yerləşən Zhejianq vilayətində 2 yaşlı oğlunu sataraq əldə etdiyi pulla ölkəni gəzən şəxs həbs edilib.
Yerli medianın yazdığına görə, Şie soyadlı şəxs həyat yoldaşından boşanarkn məhkəmə qız övladını anasının himayəsinə, oğlan övladı isə atanın himayəsinə verib. Lakin Şie başqa bir şəhərdə işlədiyi üçün oğlunu Huzhou şəhərində yaşayan qardaşının yanında qoyub.
Ötən il Şie anasının yanına aparacağı vədi ilə oğlunu özüylə götürüb. Günlər sonra ailə üzvləri uşağın anası ilə görüşdürülmədiyini anladıqdan və Şiedən xəbər çıxmadıqdan sonra polisə müraciət ediblər.
Polis Şienin öz oğlunu Çanqsu şəhərində övladı olmayan cütlüklərdən birinə satdığını aşkar edib. O, övladının verilməsi qarşılığında ailədən 158 min Çin yuəni (41 490 AZN) alıb. Övladını satan ata pulları aldıqdan sonra yeni həyat yoldaşı ilə səyahətə çıxmaq qərarına gəlib.
Polis Şie və həyat yoldaşını saxladıqdan sonra uşağı satılan ailədən geri alıb və əmisinə təhvil verib./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar