Xəbər lenti
Kim Kardaşyandan Ermənistan prezidentinə tvit - Gələcəkləri onsuz da Türkiyə və Azərbaycandan asılıdır
ABŞ-da realiti televiziya şousunun ulduzu Kim Kardaşyan Ermənistan prezidenti Armen Sarkisyanın təşəkkür məktubuna reaksiya verib.
Manevr.az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumat "armeniasputnik.am" saytında yer alıb.
Mənbə yazır ki, bundan əvvəl Ermənistan prezidenti Kardaşyana təşəkkür məktubu göndərərək, onun və ailəsinin yalançı "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynadığını qeyd edib.
"Prezident Sarkisyana minnətdaram ki, vaxt ayırır və Ermənistan haqqında mənə danışır. Bu mövzuda kömək edə bildiyim üçün sevindim. Hər zaman bu gözəl ölkəni dəstəkləyəcəyəm", deyə Kardaşyan Twitter-də yazıb.
Xatırladaq ki, Sarkisyan ABŞ prezidenti Co Baydenə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə də yalançı "erməni soyqırımı"nın tanınması üçün təşəkkür məktubları göndərmişdi.
ABŞ Prezidenti Co Bayden 24 apreldə Osmanlı İmperiyasında 20-ci əsrin əvvəllərində guya törədilən erməni qırğınlarını rəsmi olaraq "soyqırımı" kimi tanıyıb.
Haşiyə: Armen Sarkisyan Co Bayden başda olmaqla yalançı "erməni soyqırımı"nı tanıyan dırnaqarası liderlərə və Kim Kardaşyan kimi əxlaqsız qadınlara N sayda minnətdarlıq məktubları göndərsə də Türkiyəni və Azərbaycanı iftira ilə nə susdura, nə də iqtisadi inkişaflarını dayandıra biləcək.
Ermənistanın inkişafı isə bölgədə Türkiyə və Azərbaycandan asılıdır. Və inanırıq ki, Zəngəzur dəhlizinin açılışından sonra İrəvan müəyyən mənada dirçələcək və o vaxt elə minnətdarlıq məktubları rəsmi Ankaraya və Bakıya göndəriləcək.
Kim Kardaşyan, görəsən buna necə reaksiya verəcək?
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar