Xəbər lenti
Qırğızıstanda iki günlük matəm elan olunub

Qırğızıstanprezidenti Sadır Japarov 1-2 mayda ölkə ərazisində milli matəm elan olunması barədə fərman imzalayıb.
Bu barədə Qırğızıstan prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“29-30 aprel 2021-ci ildə qırğız-tacik sərhəddində silahlı münaqişə nəticəsində mülki insanlar və hərbçilər arasında çoxsaylı dünyasını dəyişənlər, xəsarət alanlar var. Silahlı toqquşma eyni zamanda mülki və hüquqi şəxslərin mülkiyyətinə də ciddi ziyan vurub”- məlumatda qeyd edilir.
Qırğızıstan prezidenti hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Matəm günü elan olunması ilə bağlı xaricdəki diplomatik, konsulluqların binalarında Dövlət bayrağı endiriləcək.
Fərmana əsasən, teleradio şirkətlərinə əyləncə xarakterli verilişlərin yayımlanması da qadağan olunub.
Yerli hökumət orqanlarına isə ölənlərin ailələrinə yardım göstərilməsi tapşırılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar