Sizin Reklam Burada
Xəbər lenti
29-01-2025
28-01-2025
BÜTÜN XƏBƏRLƏR

Putin məmurlara 6 ay vaxt verdi: Əks halda...

Tarix: 01-05-2021 09:50     Baxış: 4181 A- / A+
Putin məmurlara 6 ay vaxt verdi: Əks halda...


Rusiya Prezidenti Vladimir Putin məmurların ikinci vətəndaşlıq və ya xaricdə oturma izni almasını qadağan edən qanun imzalayıb.

RİA Novosti xəbər verir ki, sənəd rəsmi hüquqi internet portalında yayımlanıb.

Qadağa birbaşa dövlət təhlükəsizliyi, gömrük orqanları, hərbi qulluqçular, mühafizəçilər, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmət, millət vəkilləri, Rusiya Federasiyası subyektlərinin rəhbərləri, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin işçiləri, habelə Uşaq Hüquqları üzrə Müvəkkil, Maliyyə Ombudsmanı və ictimai nəzarət komissiyalarının üzvlərinə aid edilir.

Həmçinin, ikinci oxunuşda bu siyahıya Mərkəzi Bankın sədr müavinləri də daxil edilib.

Bundan əlavə, diplomatik işçilərdən həyat yoldaşlarının xarici vətəndaşlıq və yaşayış icazəsi aldıqları və ya xaricdə daimi yaşamalarına icazə verən digər sənədlər verilməsi barədə rəhbərliyə xəbərdarlıq etmələri tələb olunacaq.

Habelə, ikinci vətəndaşlıq və ya xaricdə yaşayış icazəsi olan rus vətəndaşı xarici bir dövlətə səfir və ya beynəlxalq bir təşkilatda Rusiya Federasiyasının nümayəndəsi təyin edilə bilməz.

Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi təqdirdə səfir və ya nümayəndə vəzifəsindən kənarlaşdırılır.

Qanuna görə, tələblərin qüvvəyə mindiyi gündən altı ay sonra müvafiq məlumatları təqdim etməyən dövlət qulluqçusu işdən çıxarılacaq.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar