Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Mahatma Qandinin heykəlini və bütün hind xalqını təhqir etdi - ŞƏKİL

Tarix: 30-04-2021 15:11     Baxış: 4283 A- / A+
Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandinin İrəvanda qoyulmuş heykəli təhqir olunub.
Ermənilər Mahatma Qandinin heykəlini və bütün hind xalqını təhqir etdi - ŞƏKİL


Manevr.az xəbər verir ki, heykəl yumurta atəşinə tutulub və üzərindəki Mahatma Qandi yazılmış lövhə sökülüb. Daha sonra heykəl yandırılıb.

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin Ermənistanın paytaxtı İrəvanda qoyulmuş heykəli təhqir olunub.

Hadisəni kimlərin törətdiyi müəyyən olunmayıb, saxlanılanlar yoxdur. Sosial şəbəkələrin Ermənistan seqmentində isə heykəlin sökülməsi tələbi irəli sürülür.

“İrəvanın alternativ meriyası” ictimai Birliyi heykəlin sökülməsi ilə bağlı çağırış edib.

“Qandi ermənilərə nifrət edib və Atatürkün müttəfiqlərindən olub. İrəvanda ona yer yoxdur, biz heykəlin sökülməsi uğrunda mübarizə aparacağıq”, - çağırışda deyilir.

M.Qandinin heykəli İrəvan meriyasının qərarı ilə bir neçə gün öncə qoyulub. Heykəl açılışından sonra ermənilər tərəfindən hücuma məruz qalıb.

Mahatma Qandi Hindistan və hind xalqı üçün əvəzsiz liderdir. Qandi hind xalqı üçün təkcə siyasi yox, həm də ruhani rəhbər sayılır. Ermənilərin Hindistanın misilsiz liderinə qarşı törətdikləri vandalizm aktı bütövlükdə hind xalqını, onun tarixini və dəyərlərini təhqir etməkdir.publika.az

Manevr.az

Ermənilər Mahatma Qandinin heykəlini və bütün hind xalqını təhqir etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar