Xəbər lenti
Kanadada qunduzlar sakinləri internetə çıxışdan məhrum ediblər
Kanadanın "Telus" telekommunikasiya şirkəti qeyri-adi hadisənin baş verməsini açıqlayıb. Belə ki, yerli qunduzların fiber-optik kabeli gəmirərək zədələməsi nəticəsində 900 abunəçi internetə çıxış imkanından məhrum olub.
Manevr.az ictnews.az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, kabelin bir neçə yerdən zədələnməsi nəticəsində internet şənbə günü saat təxminən 04:00-da kəsilib və bazar günü saat 15:30-da tam bərpa edilib.
Hadisə yerinin yaxınlığında çəkilən fotoşəkilə görə, qunduzlar özlərinə yuva tikmək üçün materiallar axtarıblar. Onlar liflərin nişanlanması üçün istifadə olunan lenti yuvanın bir hissəsi kimi istifadə ediblər. Qeyd edək ki, adətən bu lent yerin bir neçə metr dərinliyinə basdırılır.
Provayder nümayəndələri qeyd edib ki, ərazidə mobil rabitə kabel tam təmir olunanadək stabil olmayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar