Xəbər lenti
Koronavirusdan ölənlərin cəsədləri küçələrdə yandırılır - ŞƏKİLLƏR
Dünən Hindistanda 323 144 yoluxma faktı aşkar edildikdən sonra ümumi xəstə sayı 17 636 307 nəfərə yüksəlib.
Son 24 saatda COVID-19 səbəbilə 2771 insanın həyatını itirdiyi ölkədə gündəlik itki sayı epidemiyanın başladığı gündən bəri ən pik həddə çatıb.
Hindistanın dövlət rəsmilərindən birinin Tvitterdə paylaşdığı videolarda koronavirusdan həyatını itirən şəxslərin cəsədlərinin yandırılmaq üçün uzun növbə şəklində düzüldüyü görülür.
Paytaxt Yeni Dehlidə yerləşən Sarai Kale Han adlı məkanda cəsədlər yüksək temperaturda yandırılır. Burada artıq 27 yeni platformanın inşa edildiyi və ətrafdakı parka da əlavə 80 platformanın tikildiyi bildirilir.
Məkanda xidmət göstərən zabitlərin səhərdən axşamadək çalışdıqları və hazırda daha çox platformaya ehtiyac duyulduğu qeyd edilib.
Digər tərəfdən, oksigen təchizatı və tibbi təchizat cəhətdən əziyyət çəkən Hindistan üçün qlobal yardım səfərbərliyi başlayıb. Yardıma Böyük Britaniya və Fransa qoşulub, Türkiyə isə dəstək olmağa hazır olduğunu açıqlayıb./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar