Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Makron və Putin Qarabağla bağlı nə hazırlayır? – İsti şərh

Tarix: 27-04-2021 07:41     Baxış: 3283 A- / A+
Makron və Putin Qarabağla bağlı nə hazırlayır?

Rusiya və Fransa prezidentləri Emmanuel Makron və Vladimir Putin aprelin 26-da telefonla danışıblar. Prezidentlərin telefon danışığından sonra yayılan açıqlamada belə bir cümlə yer alıb: “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Makron və Putin arasında bu gün baş tutan telefon danışığında Qarabağla bağlı müzakirənin aparılmasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Fransa və Rusiya liderlərinin bu yanaşması anlaşılmazdır:

“Birincisi, görəsən Rusiya və Fransa Azərbaycanın arxasında hansı təşəbbüslər hazırlayırlar?

İkincisi, Prezident İlham Əliyev “münaqişə artıq həll olunub” deyərkən, Fransa və Rusiya prezidentləri “Dağlıq Qarabağ problemi” ifadəsi işlədərkən nəyə eyham vururlar, söhbət “status” müzakirələrindənmi gedir? Erməni separatçılarının lideri “yeni təşəbbüslərlə” tanış olmaq üçünmü Moskvaya çağrılmışdı?”

Politoloq bu “təşəbbüslər”in heç də ölkəmizin xeyrinə olmadığı düşüncəsindədir:

“Yeni təşəbbüslər” nədirsə, Azərbaycanın əleyhinə yönəlib. Fransanın Qarabağ məsələsində buna qədərki fəaliyyətindən nə fayda əldə etdik ki, bundan sonra Parisin təşəbbüsü bölgəyə barış gətirsin? Tam əksinə, müharibə bitib, ancaq separatçıların lideri Moskvaya çağırılır, Parisdən İrəvana gedənlər isə “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır” açıqlamaları verirlər”. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar