Xəbər lenti
Bill Qeyts dünyanı xilas edəcək 3 şərti açıqladı: "Yalnız bu halda..."
“Microsoft”un qurucusu, ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi olan Bill Qeyts təkcə texnologiya sahəsi ilə maraqlanmaqla kifayətlənmir, eyni zamanda koronavirus və iqlim dəyişikliyi səbəbilə yarana biləcək böhranlar haqqında çıxışlar edir.
Manevr.az xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi İqlim Zirvəsində çıxış edən Bill Qeyts dünyanı gözləyən böyük təhlükədən söz açıb:
“İqlim dəyişikliyi çox qarışıq mövzudur və bu günün texnologiyasından faydalanaraq hədəfimizə çatmaq çətindir. Səbəbi isə istifadə etdiyimiz fosil yanacaqların iqlimin dostu olan, karbon buraxmayan yanacaqlardan daha ucuz olmasıdır. Dünyada hər kəsə komfortlu həyat tərzi yaşatmaq üçün mütləq sıfır karbon buraxan məhsulların qiyməti ucuzlaşdırılmalıdır. Mən buna “Premium Yaşıl Sıfır” adını verirəm”.
Bill Qeyts dünyanı xilas edəcək üç formulu açıqlayıb: “İlk olaraq iqtisadi qaynaqlı karbon emissiyalarını aradan qaldırmaq üçün fərqli texnologiyaları inkişaf etdirməliyik. İkincisi, bazarda yeni fikirləri, layihələri həyata keçirmək üçün mütləq təzyiq olmalıdır. Bunun üçün də yeni texnologiyanı dəstəkləyəcək yaradıcı üsullar tapmaq və rəqabət mühitini fosil yanacaqlarla rəqabətə girəcək həddə gətirmək lazımdır. Üçüncüsü isə, dövlətlər və böyük şirkətlər bu sınaq müddətini daha ucuz və sürətli başa vurmaq üçün yeni siyasətə keçid etməlidirlər. Dünya liderləri bu müddətdə onlara həvəsləndirici mükafatlar verməlidir.
Bu üçün hədəfi reallaşdırmaq üçün beynəlxalq iş birliyi vacibdir”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar