Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Tarix: 25-04-2021 10:03     Baxış: 3221 A- / A+
Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Bir müddət öncə erməni lobbisi Azərbaycan cəbhəsindən qaçırdı. Bunlarmı ABŞ Prezidenti Co Baydenə təsir etdi?

Manevr.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Məhməd Perinçək deyib.

O, Türkiyə Xarici İşlər Nazirliyinin Baydenin "erməni soyqırımı" ifadəsi işlətməsi ilə əlaqədar bəyanatının yanlış olduğunu deyib:

"Burada təhdidin haradan gəldiyini təsbit etmədiyimiz təqdirdə, yalanla da, doğru ilə də mübarizə apara bilmərik. Guya qoca ABŞ dövlətini bunlar (ermənilər - red.) qandırıb. Ermənilər hələ özlərini toparlaya bilmirlər. Baxın, Ermənistana, bunlarmı Baydenə təsir edir? Məsələnin erməni lobbisi və sair ilə əlaqəsi yoxdur. Bu məsələ ABŞ-ın Türkiyəyə yönəlik planları ilə bağlıdır.

Burada ən çox çıxarı ABŞ hökuməti əldə edir. Türkiyəni Suriya və İraq üzərindən sıxışdırmaq, PKK-ya qarşı aparılan mübarizəni cinayət faktoru kimi elan etmək istəyirlər. Bu gün Türkiyənin terrorla mübarizəsini soyqırım kimi qələmə verməyi hədəfləyirlər. Türkiyənin də bununla bağlı görəcəyi tədbir bu təhdidə qarşı olmalıdır. İlk növbədə Türkiyə İncirlik hərbi bazasının bağlanmasından tutmuş NATO-nu tərk etmək prosesinə kimi addımlar atmaq məcburiyyətindədir".

Qeyd edək ki, ötən gün ABŞ lideri Co Bayden 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" ifadəsini işlədib. Türkiyə XİN isə bəyanatında Baydenin siyasi dairələri razı salmaq üçün "soyqırım" ifadəsini işlətdiyini bildirib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar