Xəbər lenti
Rusiyadakı xarici vətəndaşların müvəqqəti yaşayış müddəti uzadılacaq

Rusiya Daxili işlər Nazirliyi ölkə ərazisində qanunsuz yaşayan xarici vətəndaşlara müvəqqəti yaşayış müddətini uzatmaq üçün qurumun bölmələrinə təkidlə müraciət etmələrini tövsiyə edib.
Manevr.az xəbər verir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev xarici vətəndaşlara müraciət edərək bildirib.
"Prezidentin koronavirus infeksiyasının (COVID-19) yayılması təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləyən müvəqqəti tədbirlər haqqında fərmanına müvafiq olaraq müəyyən edilmiş miqrasiya qanunvericiliyini pozaraq Rusiya Federasiyası ərazisində olan əcnəbilərə bu vəziyyətdə nəzərdə tutulan sanksiyalar tətbiq edilmədən onlara hüquqi statuslarını həll etmək imkanı verilir. Bununla əlaqədar qanuni əsasları olmadan Rusiya Federasiyası ərazisindənolan şəxslər Rusiya Daxili İşlər Nazirliyinin ərazi üzrə qurumlarına müraciət etmələri təkidlə tövsiyə olunur", - deyə Rusiya DiN rəhbəri bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar