Xəbər lenti
Kosmosda 6 ay qalan 3 kosmonavt Yerə qayıtdı

Biri amerikalı, ikisi rusiyalı olmaqla kosmosda 6 ay qalan üç kosmonavt “Soyuz MS-17” kosmik gəmisi ilə Yerə qayıdıblar.
Beynəlxalq Kosmos Stansiyasında vəzifələrini icra edən rusiyalı kosmonavtlar Sergey Rıjikov və Sergey Kud-Svreçkov ilə amerikalı astronavt Keyt Rubinsi aparan “Soyuz MS-17” kosmik gəmisi yerli saatla 10.55-də Qazaxıstanın Jezkazqan şəhərindən 147 kilometr aralıda çöllük əraziyə müvəffəqiyyətlə enib.
Kosmik qrup Beynəlxalq Kosmos Stansiyasında olduğu 6 ay boyu tibb, kosmik biologiya, biyoteknologiya kimi sahələrdə 44 təcrübə aparıb.
Beynəlxalq Kosmos Stansiyasında hal-hazırda ikisi Rusiya, 4-ü Amerika və biri Yaponiyadan olmaqla 7 nəfərlik qrup var.
Qeyd edək ki, Beynəlxalq Kosmos Stansiyası Amerika Birləşmiş Ştatlarının Milli Havaçılıq və Kosmos Agentliyi (NASA), Rusiyanın Kosmos Fəaliyyətləri Təşkilatı – “Roscosmos”, Avropa Kosmos Agentliyi, Kanada Kosmos Agentliyi və Yaponiya Kosmos Araşdırma Agentliyi tərəfindən ortaq şəkildə işlədilir./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar