Xəbər lenti
ABŞ bəyan etdi: “Nüvə silahına əl atacağıq...” - Sensasiya
ABŞ 1960-cı il tarixli Qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik təminatı Müqaviləsinə əsasən Yaponiyanı nüvə silahı ilə müdafiə etmək əzmində olduğunu bir daha təsdiqləyib.
Manevr.az xəbər verir ki, bu barədə Ağ Evin iki ölkə lideri arasında aparılan danışıqlardan sonra yayımladığı açıqlamada bildirilir.
Qeyd olunur ki, sözgedən sənəd Yaponiya-ABŞ alyansının qanunvericilik əsasını təşkil edir. Razılaşma Vaşinqtonun o cümlədən kütləvi qırğın silahlarından istifadəsini nəzərdə tutur.
Bəyanatda, həmçinin ABŞ Prezidenti Co Bayden və Yaponiya Baş naziri Yosixide Suqanın Tayvan boğazında sülh və sabitliyin tərəfdarı olduğu da vurğulanır.
Sənəddə deyilir: “Biz bütün Tayvan boğazında sülhün və sabitliyin vacibliyini vurğulayırıq, boğazdakı münaqişələrin sülh yolu ilə həll olunmasına çağırırıq”.
Yaponiyanın “Kyodo” agentliyinin hesablayıb ki, iki ölkə liderinin ortaq açıqlamasında Tayvan 52 ildən sonra ilk dəfə olaraq birbaşa xatırlanıb. Sonuncu dəfə bu ifadə Yaponiyanın Baş naziri Eysaku Sato ilə ABŞ Prezidenti Riçard Nikson arasında 1969-cu ildə aparılan danışıqlardan sonra imzalanan sənəddə istifadə edilib.
İki ölkənin lideri Honkonq və Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarının vəziyyətindən də ciddi narahatlıqlarını dilə gətiriblər.
Bundan əlavə, siyasətçilər Qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik təminatı Müqaviləsinin beşinci maddəsinin Çinin iddia etdiyi Senkaku adalarını əhatə etdiyini təsdiqləyiblər.
Bayden və Suqa bəyanatda Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını da bildiriblər. Onlar Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki öhdəliklərini yerinə yetirməyə çağırıblar./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar