Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu halda xaricə gedə bilməyəcəksiniz - Rusiya DİN-dən pasport XƏBƏRDARLIĞI

Tarix: 17-04-2021 09:59     Baxış: 4131 A- / A+
Bu halda xaricə gedə bilməyəcəksiniz - Rusiya DİN-dən pasport XƏBƏRDARLIĞI

Pasportda fotoşəkili yaxşılaşdırmaq məqsədilə onun üzərində hər hansı bir redaktə və yaxud bədii işlənmə, habelə rəngli göz linzalarından istifadə qəbuledilməzdir.

TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin əhaliyə ünvanlanmış müraciətində bildirilib.

Qeyd edilib ki, Rusiya Daxili İşlər Nazirliyi vətəndaşların daha dəqiq vizual identifikasiyasını təmin etmək üçün pasport fotoşəkillərinə bir sıra məhdudiyyətlər tətbiq edib.

“Vətəndaşın fotodakı təsvirində üzün bütün xüsusiyyətləri etibarlı şəkildə göstərməlidir. Fotoşəkillərin müəyyən edilmiş tələblərə uyğun gəlməməsi pasport və sənədlərin verilməsi, yaxud dəyişdirilməsi zamanı imtina üçün əsas rol oynayır”, müraciətdə vurğulanıb.

Qeyd edilib ki, pasportun verilməsi və ya dəyişdirilməsi üçün ərizə verildiyi gün fərdi fotoşəkillərin eyni olması, ərizəçinin yaşına uyğun olması tələb edilir: “Foto qara-ağ və ya rəngli ola bilər. Fotoşəklin ölçüsü baş geyimsiz üzün təsviri ilə 35 x 45 mm olmalıdır. Foto baş örtüyü olmadan çəkilməlidir. Yalnız dini inanclarla bağlı istisna ola bilər. Daim eynək taxan insanlar rəngsiz eynək taxmalı, eynəyin çərçivəsi gözlərini örtməməlidir.

Hansısa uniformada fotoşəkil çəkdirməyə icazə verilmir. Və yaxud istifadə edilən şərf çənənin bir hissəsini əhatə edə bilməz”.

Daxili İşlər Nazirliyi bir daha xəbərdarlıq edib ki, müvafiq tələblər pozulduqda məsələn, vətəndaş dövlət sərhədini keçərkən geri qaytarılacaq.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar