Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan: “Türk Şurasına qoşulmaq istəyən çox sayda ölkə var”

Tarix: 14-04-2021 09:43     Baxış: 2150 A- / A+
Ərdoğan: “Türk Şurasına qoşulmaq istəyən çox sayda ölkə var”


“Tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən çox sayda ölkələr var. Artıq bu qurumu beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb”.

Manevr.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Aprelin 10-da telekonfrans yolu ilə Türk Ölkələri Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan dövlət başçıları ilə keçirilən sammitdən danışan Türkiyə Prezidenti deyib ki, son tədbirdə səhiyyədən ticarətə qədər genişmiqyaslı əməkdaşlıqla bağlı müzakirələr aparılıb:

“Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur”.

R.T.Ərdoğan deyib ki, bu ilin noyabr ayında İstanbulda Türkiyənin ev sahibliyi ilə keçiriləcək Türk Şurasının 8-ci Fövqəladə iclasında bu məsələ bir daha nəzərdə olacaq: “İstanbulda prestijli bir tarixi bina şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlanıb”. /modern.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar