Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN sözçüsündən əsəbi reaksiya: “Bu, lap ağ oldu…”

Tarix: 13-04-2021 11:26     Baxış: 2125 A- / A+
Rusiya XİN sözçüsündən əsəbi reaksiya: “Bu, lap ağ oldu…”


Qərb mediasının Donbasdakı vəziyyətlə bağlı reportajları Rusiya tərəfinin kəskin etirazına səbəb olub. Rusiya tərəfi hesab edir ki, CNN kanalının komandası Rusiya texnikası ilə Ukrayna texnikasını ya bilərəkdən, ya da təsadüfən bir-birindən seçə bilməyib.

CNN-nin hazırladığı reportajda “Rusiya texnikasının Ukrayna sərhədlərinə gətirilməsi” kimi təsvir olunan bir məqam var. Amma görüntülənən Ukrayna ərazisindəki Ukrayna tanklarıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova Facebook -da CNN-in yarıtmaz işini tənqid edib. Sözügedən olayı “ədəbsizlik” kimi qiymətləndirən Zaxarova CNN jurnalistlərindən peşələrinə daha çox vaxt ayırmalarını xahiş edib.

“Əziz CNN telekanalı və onun mehriban kollektivi. Biz başa düşürük ki, liberalizmin təntənəsi naminə ideoloji mübarizəyə o qədər aludə olmusunuz ki, faktları yoxlamağa vaxtınız yoxdur.

Amma Ukrayna vaqonlarının fonunda görüntülənən Ukrayna tanklarını Rusiyanın müharibəyə hazırlığı kimi təqdim etməyiniz lap ağ oldu”,-deyə Zaxarova yazıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar