Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? - Erməni nəşri

Tarix: 12-04-2021 21:42     Baxış: 4146 A- / A+
Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? - Erməni nəşri

Qarabağdakı separatçı rejimin “keçmiş müdafiə naziri” Samvel Babayan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Manevr.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Babayanın siyasi partiyası yoxdur, bir qrup şəxs tərəfindən seçkilərə qatılmağa dəvət edilib. Lakin həmin şəxslərin adlarını çəkməyib.

Babayanın sözlərinə görə, “hərbi təcrübəyə malik bir insan” kimi ona bu komandaya qoşulma təklif edildi.

O, digər siyasi qüvvələrdən heç biri ilə koalisiya qurmayacağını deyib.

Ermənistan mətbuatda vaxtaşırı Baş nazir Nikol Paşinyanın Babayanı separatçıların başçısı Araik Arutyunyana alternativ olaraq gördüyü barədə məlumat yayılır. Babayan bu cür söhbətləri “absurd” adlandırıb.

“Heç kim - nə Paşinyan, nə də başqası mənimlə belə söhbətlər etməyib”, - Babayan qeyd edib.

Xatırladaq ki, Samvel Babayan 1990-cı illərdə Qarabağda işğal siyasəti həyata keçirilərkən erməni işğalçı ordusunun komandanlarından biri olub. O, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım müəlliflərindən biridir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar