Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

İran XİN başçısı nüvə obyektində qəzaya görə İsraili günahlandırıb

Tarix: 12-04-2021 13:02     Baxış: 4184 A- / A+
İran XİN başçısı nüvə obyektində qəzaya görə İsraili günahlandırıb


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Natanz Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzaya görə İsraili günahlandırıb.

Bu barədə Cavad Zərif parlamentin milli təhlükəsizlik komissiyası ilə görüşdə bildirib.

“İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə bildirirlər ki, onlar nüvə danışıqları ilə bağlı irəliləməyə və ədalətsiz sanksiyaların ləğvinə imkan verməyəcəklər. Bu gün onlar öz məqsədlərinə çatdıqlarını düşünürlər”, deyə İran XİN başçısı vurğulayıb.

Cavad Zərif qeyd edib ki, İran nüvə sahəsində irəliləyiş əldə edərək İsrailə cavab verəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə bildirib ki, İran vaxtı çatanda İsraildən intiqam alacaq. O, hadisə nəticəsində istismardan çıxarılan bütün sentrifuqaların "IR1" olduğunu və onların yeni sentrifuqalarla əvəz ediləcəyini deyib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar