Xəbər lenti
ABŞ postsovet məkanında bioloji silah hazırlayır? – İDDİA
“Rusiya və Çinin sərhədlərində ABŞ-ın bioloji laboratoriyaları fəaliyyət göstərir”.
Manevr.az“ABŞ-ın nəzarəti altında getdikcə daha çox bioloji laboratoriyanın dünyada sıçrayışla artmasına diqqət yetirin. Qəribə bir təsadüflə onlar, əsasən, Rusiya və Çinin sərhədlərində yerləşir. Onların guya amerikalıların yerli alimlərə təhlükəli xəstəliklərlə mübarizədə kömək edən tədqiqat mərkəzləri olduğunu söylədilər. Həmin obyektlərin yerləşdiyi ölkələrin səlahiyyətliləri laboratoriya divarları arxasında baş verənlər barədə heç bir real fikir sahibi deyillər”, – deyə Patruşev qeyd edib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib: “Əlbəttə, bizim və Çinli tərəfdaşlarımızın bununla bağlı sualları var. Sərhədlərimizin yaxınlığında dinc sanitariya və epidemioloji stansiyaların olduğu deyilir, amma nədənsə bu laboratoriyalar Merilenddə amerikalıların on illərdir hərbi biologiya sahəsində çalışdığı Detrik bazasını xatırladır. Yeri gəlmişkən, bu bölgələr üçün xarakterik olmayan xəstəliklərin baş verməsinə diqqət yetirilməlidir”.
Nikolay Patruşevin sözlərinə görə, sözügedən laboratoriyalarda bioloji silah hazırlanır. “Bunun məhz belə olduğuna inanmaq üçün əsasımız var. Odur ki, tərəfdaşlarımızla, ilk növbədə, postsovet məkanında işləyəcəyik. Onlarla bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqavilələr bağlayacağıq”. (yenisabah.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar