Xəbər lenti
Türkiyədən kritik mesaj: Ukraynada savaş olsa, Rusiya ilə…

Azərbaycan və Suriyada yaşananlar çətin şəraitdə Türkiyə ilə Rusiyanın birgə hərəkət edə biləcəyini göstərdi.
Manevr.az xəbər verir ki, bunu Türkiyə-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Murad Bayburt deyib.
“Türkiyənin Krımın ilhaqını qəbul etməməsinə rəğmən Rusiya ilə əlaqəsi pozulmayıb. Rusiyaya Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğumuzu dəfələrlə demişik. Buna rəğmən Ukraynada yaranacaq böyük böhran Türkiyə-Rusiya münasibətlərini zədələməz. Məncə, əlaqələrimiz daha da qüvvətlənəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə NATO üzvü olsa da, özünün geosiyasi maraqları var:
“Türkiyə NATO üzvüdür, Avropa Birliyinə girmək istəyən ölkədir. Lakin bizim özümüzə aid geosiyasətimiz və geostrategiyamız var. Rusiya ilə masada oturduğumuz zaman Moskva bizə kömək edəcək, biz də Rusiyaya kömək edəcəyik”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar