Xəbər lenti
Putin yenidən prezidentliyə namizəd olmasına imkan verən qanunu imzalayıb
Rusiya prezidenti Vladimir Putin ona o cümlədən yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu imzalayıb.
Manevr.az xəbər verir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qanunun bir sıra müddəaları Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə hazırlanıb. Əsas qanunun maddələrindən birinə görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu, mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir.
Sənəd dövlət başçısının azı 35 yaşı olan, ölkədə azı 25 il daimi yaşayan, eləcə də bundan əvvəl heç vaxt başqa dövlətin vətəndaşı olmayan və başqa dövlətdə yaşayış icazəsi olmayan Rusiya Federasiyasının vətəndaşı olmasını müəyyənləşdirir./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar