Xəbər lenti
Oğurlanan Nobel Sülh Mükafatı tapılıb - Hindistanda

Hindistanlı hüquq müdafiəçisi Kaylaş Satyarthininə məxsus Nobel medalının surətini və mükafatın verildiyini təsdiqləyən sertifikat tapılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 7-də qarətçilər K. Satyarthinin Hindistanın paytaxtı Dehlidə yerləşən evinə soxularaq, ona aid olan Nobel medalının surətini və mükafatın verildiyini təsdiq edən sertifikatı, həmçinin qızıl-zinət əşyaları və elektronika vasitələrini aparıblar.
Belə ki, Dehli polisi baş verən hadisə ilə bağlı dərhal araşdırmalar başlayıb. Araşdırma zamanı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Nəticədə şübhəlilər törətdikləri cinayəti etiraf ediblər.
Məlumata görə, polislər Nobel medalının surətini və mükafatın verildiyini təsdiqləyən sertifikatı K. Satyarthinə təhvil veriblər.
K. Satyarthi “India Today” qəzetinə verdiyi açıqlamada bu ölkənin hökumətinə, xalqına və Dehli polisinə təşəkkürünü bildirib.
Xatırladaq ki, K.Satyarthi 2014-cü ildə pakistanlı hüquq müdafiəçisi Malala Yusafzay ilə birlikdə Nobel Sülh Mükafatının laureatı olublar. K.Satyarthiyə mükafat Hindistanda uşaqların oğurlanması və istismar edilməsi ilə mübarizədə göstərdiyi fəallığa görə verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar