Xəbər lenti
Paşinyanı tənqid edən müxalifətçi Ermənistandan xaricə buraxılmır
Ermənistanın müxalif “Vətənin qurtuluğu üzrə hərəkat”ının koordinatoru İşxan Saqatelyanın ölkəni tərk etməsinə icazə verilməyib.
Manevr.az-ın report-a istinadən məlumatına görə, bu barədə o, özünün feysbukdakı səhifəsində yazıb.
"Bildiyiniz kimi məni ötən ilin noyabrında qanunsuz mitinqin təşkilində ittiham edirlər, bununla əlaqədar cinayət işi qaldırılıb. Onlar mən qanunsuz həbs etməyə çalışırdılar. Amma bu alınmadıqdan sonra başqa ehtiyat tədbirini tətbiq etməyə qərar veriblər – yaşayış yerini tərk etməmək, bununla sərbəst hərəkət hüququm məhdudlaşdırılıb.
Mənim partiyanın xaricdəki siyasi fəaliyyəti ilə bağlı vacib işim var idi və ölkədən 3 günlüyə getmək üçün icazənin alınması məqsədilə Xüsusi İstintaq Xidmətinə müraciət etdim. Bir gün əvvəl imtina haqqında qərarı aldıq. Müstəntiq imtinanı yalnız onunla əsaslandırdı ki, başqa yerlərdə davranışıma düzgün şəkildə nəzarət etmək mümkün olmayacaq.
Məndə belə bir təəssürat yarandı ki, müstəntiq nəinki qanuni, heç olmasa bir az anlaşılan əsas tapmağa çalışmadı.
Növbəti dəfə təsdiq edirik ki, Sasun Xaçatryan və onun oyuncaq Xüsusi İstintaq Xidmətin yeni qeyri-qanuni hərəkətlərə yol verərək dəlinin (Nikol Paşinyanın-red) qanunsuz əmrləri və qərarlarını yerinə yetirməyə davam edir”, - deyə o sosial şəbəkədəki hesabında yazıb.
Daha əvvəl Ermənistanın müxalif fəallarından biri ölkənin baş naziri Nikol Paşinyanı növbəti dəfə təhqir edərək onu dəli adlandırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar