Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenskinin 2020-ci ildəki qazancı bu qədər olub - MƏBLƏĞ

Tarix: 01-04-2021 09:17     Baxış: 4135 A- / A+
Zelenskinin 2020-ci ildəki qazancı bu qədər olub - MƏBLƏĞ


Ukrayna prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları təşkil edib.


Bu barədə Ukrayna liderinin ofisi tərəfindən dərc olunan gəlir deklarasiyasında deyilir.

Qeyd olunub ki, Kiyev yaxınlığındakı İvankoviçi kəndindəki əmlak və torpaq satışından Zelenski ailəsi 13 470 600 qrivna (təxminən 485 000 ABŞ dollar) alıb. 2020-ci ildə Ukrayna prezidentinin maaşı isə 336 000 qrivna (12 000 ABŞ dolları) təşkil edib.

Dövlət başçısı ayrıca 4 633 832 qrivna (165 000 ABŞ dolları) məbləğində qonorar (müəllif hüquqları üzrə - Red) əldə etdiyini açıqlayıb.

Zelenski ailəsinin 2020-ci ildə Ukrayna ərazisindəki əmlak icarəsindən qazancı 2 673 730 qrivna (95 000 ABŞ dolları) təşkil edib. Ayrıca, prezidentin ailəsi, depozitlər və daxili dövlət istiqrazları üzrə yığılan faizlər hesabına 442 109 qrivna (15 000 ABŞ dolları) məbləğində vəsait qazanıb.

Ukrayna prezidenti çox sayda ticarət markasının sahibi olmaqda davam edir. Belə ki, onun 2020-ci ildə Ukraynada 13, xaricdə isə iki ticarət markası qeydə alınıb.

2020-ci il ərzində Zelenski ailəsi büdcəyə 65 min ABŞ dolları məbləğində vergi ödəyib. Zelenskinin əvvəlki bəyannaməsinə görə, 2019-cu ildə ailəsinin gəliri, daşınmaz əmlakın satışından və icarəsindən əldə olunan gəlirlər də daxil olmaqla, 1,059 milyon ABŞ dolları təşkil edib.“report”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar