Xəbər lenti
Sarkisyan Ermənistanda siyasi böhrandan çıxış yolunu AÇIQLADI
Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın başçılıq etdiyi hazırkı Nazirlər Kabinetinin istefasını və milli həmrəylik hökumətinin formalaşmasını zəruri hesab edir.
Manevr.az xəbər verir ki, bu barədə dövlət başçısı “Aravot” qəzetinə müsahibəsində bildirib.
Sarkisyanın sözlərinə görə, o, respublikada hakimiyyəti, qərarları və siyasi prosesləri fərdiləşdirməməyə çalışır. Onun təklifinə əsasən, Paşinyan hökuməti keçirilməsini təklif etdiyi növbədənkənar parlament seçkilərinədək hakimiyyətdə qalmamalı, istefaya getməlidir. Sarkisyan beynəlxalq təcrübəyə istinad edib.
“Əgər sən parlament respublikasısan və səndə böhran vəziyyətidirsə, hökumət istefa verir, milli razılıq hökuməti formalaşırdırılır. Yəni əsas partiyalar hökuməti formalaşdırırlar, amma siyasi qüvvələrsiz – yalnız peşəkarlar”, – Sarkisyan deyib.
Prezident qeyd edib ki, parlamentin, cəmiyyətin, müxalif siyasi qüvvələrin Seçki Məcəlləsinə düzəlişlərə, xüsusən də əsas qanuna dəyişikliklərin edilməsinə ehtiyac olduğunu düşündüyü ölkədə müzakirələrin keçirilməsi üçün yetərincə vaxt lazımdır, ta Konstitusiya referendumuna qədər. Lakin parlament qüvvələri seçkilərin keçirilməsini qərara aldıqlarına və iyun ayına təyin etdiklərinə görə, yuxarıda deyilənlərin hamısının həyata keçirilməsinə vaxt yoxdur.
“Əks halda seçkilərdən sonra partiyalardan biri çoxluq qazanacaq, qalanları isə, bəlkə, narazı olacaq. Ola bilsin, elə bir parlament olacaq ki, orada partiyaların heç biri çoxluq təşkil etməyəcək və bu da bir çox problemlərlə nəticələnə bilər. Yəni qeyri-sabit parlamentimiz olacaq”, – Sarkisyan deyib. /Qafqazinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar