Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş prezidentin yerini deyənə 30 min dollar verilir

Tarix: 12-02-2017 14:33     Baxış: 5313 A- / A+
Keçmiş prezidentin yerini deyənə 30 min dollar verilir


Peru hakimiyyət orqanları keçmiş prezident Alejandro Toledonun həbsinə gətirib çıxaracaq informasiya üçün 30 min dollar mükafat təyin edib.

Manevr.az BBC Azərbaycan-a istinadən xəbər verir ki, bundan əvvəl hakim onunla bağlı 20 milyon dollarlıq rüşvət ittihamı ilə keçmiş prezidentin həbsinə order verib.

Cənab Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir.

Peru rəsmiləri inanırlar ki, o, hazırda ABŞ-ın San Francisco şəhərindədir və İsrailə səfər etməyə hazırlaşır.

2001-2006-cı illərdə prezident olmuş cənab Toledo San Francisco yaxınlığındakı Stanford Universitetində mühazirə oxuyur və onun arvadı Eliane Karpın İsrail vətəndaşlığı var.

ABŞ və İsrail hökumətlərinə artıq rəsmi müraciət edilib.

Odebrecht firmasına gəlincə isə, onunla bağlı çox böyük rüşvət qalmaqalı ABŞ Ədliyyə Nazirliyi tərəfindən araşdırılır. Firma nazirliklə cəzanın yüngülləşdirilməsi müqabilində Latın Amerikası boyunca 800 milyon dollar rüşvət verdiyini etiraf edib.

Firma həmçinin Peruda 2005 və 2014-cü illərdə kontraktlar almaq məqsədilə 29 milyon dollar rüşvət verdiyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar