Xəbər lenti
Paşinyanın yenidən baş nazir seçilmək şansı varmı? - Ekspert
"Azərbaycan və Türkiyə Paşinyanın baş nazir seçilməsində maraqlıdır".
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın apreldə istefasından danışarkən deyib. Onun fikrincə, Paşinyanın yenidən seçilmək şansı yüksəkdir:
"Paşinyan seçiləcək. Çünki keçirilən sorğular, ictimai fikirin oyrənilməsi üzrə hesabatlar və s. Ermənistan cəmiyyəti tərəfindən Qarabağ klanının təkrar hakimiyyətə gəlməsini ehtimal etməyə əsas vermir. Digər tərfdən isə Paşinyanın erməni xalqı ilə təmasında hamının düşündüyünü, lakin dilə gətirmədiklərini aşkar şəkildə bəyan etməsi onun gələcək uğuru barədə bəzi ehtimalları irəli sürməyə imkan verir. Paşinyanın istefası prosedur əhəmiyyətlidir. Paşinyan təkrar seçkilərdə vəzifədə olmayan birisi kimi iştirak etmək üçün istefa verəcək”.
Ədalət Verdiyev qeyd edib ki, Rusiya nə qədər bitərəf qaldığını və bu seçkilərin Ermənistanın daxili işi olduğunu bəyan etsə də, hazırda müxalif düşərgədə yer alan Qarabağ klanından, sabiq prezidentlərdən Robert Köçəryan, olmazsa Serj Sərkisiyan komandasından birinin hakimiyyətə gətirilməsi yönündə fəaliyyətləri diqqəti cəlb edir:
"Düşünürəm ki, Paşinyan bu dəfə də seçkilərdə qələbə qazanaraq başladığı fəaliyyətləri regionda dəhlizlərin açılması, qonşuluq münasibətlərinin bərpa olunması üzrə başladığı işi yerinə yetirməyə çalışacaq”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan apreldə istefa verəcəyini açıqlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar